Məhəmmədxan finala yüksəldi, Paris olimpiadasına vəsiqə qazanan ilk güləşçimiz oldu

Azərbaycanın sərbəst güləşçisi Məhəmmədxan Məhəmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Allsport.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda Gürcüstan təmsilçisi Givi Maçaraşvilini məğlub edərək finala yüksəlib. Beləliklə, o, Paris-2024-ə lisenziya qazanan ilk güləşçimiz olub.

65 kq-da 2-qat olimpiya mükafatçısı, 3-qat dünya və 4-qat Avropa çempionu Hacı Əliyev mübarizəni 1/4 finalda dayandırıb.

Həmin kateqoriyadan