Məhəmmədxan finalda, İslam və Əli bürünc uğrunda

Məhəmmədxan finalda, İslam və Əli bürünc uğrunda

Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir. Allsport.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə yarışlara start verilib. Millimizin 5 üzvü də yarışa qoşulub.

İslam Bazarqanov (57 kq) təsnifat mərhələsindən mübarizəyə başlayıb. O, yarımfinala qədər yüksəlsə də, burada məğlub olaraq, 3-cü yer uğrunda görüşdə Kamil Kərimova (Ukrayna) rəqib olub.

Əli Rəhimzadə də (65 kq) yarımfinalda uduzaraq, ümidini bürünc medala saxlayıb. O, Abdullah Toprak (Türkiyə)/Stefan Koman (Rumıniya) cütünün qalibinin Xamzat Arsamerzoyevlə (Fransa) görüşündə üstün olacaq tərəflə mübarizə aparacaq.

Məhəmmədxan Məhəmmədov (97 kq) rəqabətə 1/8 finaldan yarışa qoşulub. Bütün rəqiblərindən üstün olan təmsilçimiz finala vəsiqə qazanıb. Burada onu, gürcüstanlı Givi Matçaraşvili gözləyir.

Həmin kateqoriyadan