- Baxış sayı: 57
- 11 May 2026 15:09
- Baxış sayı: 26
- May 11, 2026
- 0

Azərbaycan basketbol liqasında (ABL) 16-ci tura start verilib.
Allsport.az xəbər verir ki, “Sərhədçi” idman mərkəzində baş tutmuş turun açılış oyununda, “Xırdalan” və “Sərhədçi” klubları üz-üzə gəliblər. Pley-off zonasında qərarlaşmış “Xırdalan” məhsuldar oyunun yekununda rəqibi üzərində 112-105 hesablı qələbəyə sevinib. Məğlubiyyətə baxmayaraq “Sərhədçi” pley-off şanslarını davam etdirir.
Ən məhsuldar basketbolçular: “Xırdalan” (Cakori Arçi – 35 xal, 5 ötürmə), “Sərhədçi” (Cəbrayıl Əkbərov – 29 xal, 6 götürmə).