Hacı Əliyevdən üsyan: “Məni prezidentlə görüşə buraxmadılar”

Dünyaca məşhur sərbəst güləşçi – 2-qat olimpiya mükafatçısı, 3-qat ünya və 4-qat Avropa çempionu Hacı Əliyev, Xankəndidə keçirilən Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qarabağ” – MOİK arasında oyunda (1:0) qonaq kimi çağırılmamağından gileylənib. Allsport.az saytı onun açıqlamasını təqdim edir:

“Salam əziz Azərbaycan xalqım. Bu il Azərbaycan güləş tarixində ilk dəfə olaraq 4 qat Avropa çempionu olaraq adımı güləş tariximizə yazdım və Bakıda keçirilən hərbçilərin dünya çempionu oldum, amma buna baxmayaraq gənclər və idman nazirliyi (GİN) tərəfindən heç bir diqqət görmedim. Heç ilin 10 idmançısı siyahısına belə düşmədim, sağolsun GİN.

Cənab prezidetimiz İlham Əliyev bu il idmançıları tarixi qələbə qazandığımız gözəl Qarabağımıza dəvət edib, orada görüşdü, idmanı və idmançıları nə qədər sevdiyini bir daha subut etdi. Amma çox heyf ki, bu görüşə mənim adımı GİN salmadı, məni cənab prezidentlə görüşə buraxmadılar. Mən inanıram ki, cənab prezident məni də orada görməyə çox sevinərdi amma buna şərait yaradılmadı.

Bu qədər nəticə qazanmişam, bu qədər qələbələr gətirmişəm ölkəmizə, amma məni bu tarixi görüşdən məhrum etdilər. Bu haqsızlığa görə inanıram ki, bir tədbir görüləcək, biz cənab prezidentimizə güvənirik, çünki cənab prezident hər zaman bizim yanımızdadi, bizlər də hər zaman onun yanındayıq. İnşallah hədəfim olimpiya çempionu olmaq, ölkəmizə yeni bir qələbə gətirməkdir. Mənə hər zaman güvənən, mənə dəstək olan Azərbaycan xalqına bir daha təşəkkür edirəm”.

Həmin kateqoriyadan