“Məsələ milli olduğu zaman, ailəmin və komandamın dəstəyini hiss etdim”

Qadın voleybol millisi İslam həmrəyliyi oyunları və Avro-2023-ün təsnifatına hazırlığı Sloveniyada davam etdirir. Allsport.az saytı xəbər verir ki, hücumçumuz Yelizaveta Ruban toplanışı belə dəyərlənsirib:

“Ailə problemlərim olduğu üçün millinin məşqlərinə bir az gec qoşuldum. Hər birimizin şəxsi həyatımız, ailəmiz, övladımız var və müəyyən çətinliklərimiz olur. Amma məsələ milli olduğu zaman mən ailəmin, yaxınlarımın və komandamın dəstəyini hiss etdim. Onların köməyi ilə bu gün komandanın düşərgəsindəyəm və buna çox şadam. Əvvəl özüm fərdi şəkildə məşqlər edirdim ki, formamı qoruyub saxlayım. Ona görə də bu gün toplanışda çox çətinlik çəkmirəm.

Hazırda Sloveniyada təlim-məşq toplanışımız davam edir və yerli komandaya qarşı ilk yoxlama matçımız oldu. Bir neçə yoxlama görüşü də keçirəcəyik. Çalışırıq ki, bu sınaqlarda maksimum yaxşı oyun göstərək.

İslam həmrəyliyi oyunlarında və Avro-2023-də rəqibləri tanıyırıq. Meydanda rəqibimizin güclü və ya zəif olmasına baxmayaraq öz oyunumuzu səhvsiz oynamalıq. İnanıram ki, hər 2 yarışdan vətənə uğurla dönəcəyik.

Həmin kateqoriyadan