- Baxış sayı: 24
- 04 Avqust 2026 16:29
- Baxış sayı: 74
- Avqust 04, 2026
- 0

Buenos Ayres-2018 yeniyetmələrin 3-cü olimpiya oyunlarında medal sorağı yenə güləşçilərdən gəlib. Allsport.az saytı xəbər verir ki, “A” qrupunda Yeni Zelandiya və Pakistan təmsilçilərinə qalib gələn Turan Bayramov (65 kq) finala adlayıb.
Həlledici tutaşmada “B”-nin finalçısı iranlı Məhəmməd Baqi Kərimiseyfabadı da üstələyən bahadırımız baş mükafata yiyələnib. Qeyd edək ki, Turan Bayramov son dünya və Avropa birinciliklərinin qızıl mükafatçısıdır.