Məşqçilər üçün beynəlxalq seminar başa çatdı

Allsport.az xəbər verir ki, sentyabrın 11-dən 15-dək davam edən “2-ci səviyyə” seminarı beynəlxalq voleybol federasiyasının və AVF-nin birgə təşkilatçılığı ilə baş tutub.

Yerli və xarici mütəxəssislərin, həmçinin qadın voleybolçulardan ibarət millimizin üzvlərinin iştirak etdiyi seminara türkiyəli Çingiz Axarçeşmə rəhbərlik edib, onun köməkçisi isə daha öncə FİVB-nin məşqçilik sertifikatı almış, çimərlik voleybolu üzrə məşqçi Nihad Tanrıverdiyev olub.

Seminar nəzəriyyə və təcrübədən ibarət olub. Gənclər və idman nazirliyinin voleybol mərkəzində təşkil olunan seminarın sonuncu günündə mütəxəssislər nəzəri, ardınca isə praktiki imtahanda iştirak ediblər. Hər bir iştirakçı imtahanlardan uğurla keçərək FİVB-nin level 2 dərəcəli beynəlxalq sertifikatına layiq görülüb.

Həmin kateqoriyadan