“Məşqçilərimizi tanıyaq” layihəsinin növbəti qonağı Qurban Qurbanov olub

Gənclər və idman nazirliyinin “Məşqçilərimizi tanıyaq” adlı yeni layihəsində 2-ci qonaq Əməkdar məşqçi, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov oldu. Allsport.az saytı xəbər verir ki, dövlət bədən tərbiyəsi və idman akademiyasının akt zalında keçirilən görüşdə idman ictimaiyyətinin nümayəndələri, gənc idmançılar, məşqçilər və akademiyanın tələbələri və KİV qatıldı.

50 yaşlı mütəxəssisin karyerasından bəhs edən videoçarxın nümayişindən sonra mütəxəssis öz maraqlı xatirələrini danışıb və görüş iştirakçılarının suallarını cavablandırıb. Görüşün sonunda o, ən yaxşı4 sual sahiblərinə öz hədiyyələrini təqdim etdi.

Onun idmanın inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və Azərbaycan prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb.

Həmin kateqoriyadan