Məşqçilərin ümumrespublika seminarına Naxçıvanda yekun vurulub

Azərbaycan güləş federasiyasının təşkil etdiyi məşqçilərin tədbir oktyabrın 17-də Gəncədə startı verilib. Allsport.az saytı xəbər verir ki, 40-a yaxın məşqçi-müəllimin iştirak etdiyi tədbirin nəzəri hissəsində giriş sözüylə çıxış edən muxtar respublikanın gənclər və idman nazirliyinin şöbə müdiri Taleh İbrahimov, o cümlədən Naxçıvan güləş federasiyasının sədri Faiq İsgəndərov qonaqları salamlayıb, Muxtar Respublikada bu idman növünün inkişafı üçün müxtəlif tədbirlər görüldüyünü və bu seminarın da böyük faydasının olacağını bildiriblər.

AGF-nin hakimlər kollegiyasının sədri Qərib Əliyev veteranlar arasında dünya çempionatlarının 7-qat medalçısı Rövşən İsmayılxanlını 60 yaşı tamam olması münasibətilə təbrik edib və federasiyanın xatirə hədiyyəsini yubilyara təqdim edib.

Sərbəst güləş üzrə U-20 milli komandanın məşqçisi Rövşən Hacıyev, l-S kateqoriyalı hakim Sədi Quliyev məşqçiliklə bağlı nəzəri biliklərini diqqətə çatdırıblar və müxtəlif sualları cavablandırıblar. Qərib Əliyev isə öz növbəsində müxtəlif güləş qarşılaşmalarının video icmalının nümayişi fonunda fəndləri qiymətləndirib, epizodları şərh edib.

Seminarın praktiki hissəsində Rövşən Hacıyev fəndlərin icrasının incəliklərini, Sədi Quliyev isə xalçadançıxma, parter və digər vəziyyətlərdə verilən xalları vurğulayıb. Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim edilib və xatirə şəkli çəkdirilib.

Həmin kateqoriyadan