- Baxış sayı: 34
- 29 İyun 2026 16:45
- Baxış sayı: 96
- İyun 26, 2026
- 0

Avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya birgə Avropa çempionatına ev sahibi olacaqlar. Allsport.az saytı xəbər verir ki, millimizin liberosu Bəyaz Quliyeva yarışa hazırlıqla bağlı bunu deyib:
“Bildiyiniz kimi iyundan təlim-məşq toplanışına start verdik. İki həftə Bakıda məşq keçdikdən sonra Bosniya və Herseqovinaya yollandıq. Orada bir həftə təlim-məşq toplanışında olduq və yerli yığma komanda ilə üç yoxlama görüşü keçirdik.
Yenidən Bakıda qayıtdıq və paytaxtda Belarus millisi ilə üç yoxlama matçımız oldu. Hazırda Sloveniyadayıq və burada təlim-məşq toplanışı çərçivəsində bir neçə yoxlama oyunlarımız olub. Qarşıda daha bir hazırlıq matçımız var. Bu oyunlar bizə səhvlərimizi analiz etməyə imkan verir. Məşqçinin tapşırıqlarını mümkün qədər yerinə yetirməyə çalışırıq”.