Mais Verdizadə: Böyük məsuliyyət olduğunu anlayırıq

21-27 iyulda paytaxtımızda keçiriləcək Avropa gənclər olimpiya festivalında ölkəmizi voleybol üzrə gənc oğlanlardan ibarət millisi təmsil edəcək. Allsport.az saytı xəbər verir ki, hazırlıqla bağlı komandamızın oyunçusu Mais Verdizadə bunu söyləyib:

“Komandamızda yüksək əhval ruhiyyə var. Rəqiblərimizi bilinir, bizdə məşqlərimizi rəqiblərimizin oyun taktikalarına uyğun olaraq keçiririk. Ölkəmizin belə mötəbər yarışa ev sahibliyi etməsi biz idmançılar üçün müsbət tərəfləri çoxdur: doğma meydanımızda, öz azarkeşlərimiz qarşısında çıxış edəcəyik. Doğrudur bunun böyük məsuliyyət olduğunu da anlayırıq və çalışacağıq ki, gözəl oyun göstərək”.

Qeyd edək ki, yığma “A” qrupunda Belarus, Almaniya, Rusiya ilə birgə yer alıb. “B” qrupunda Bolqarıstan, İtaliya, Çex Respublikası və Belçika milliləri çıxış edəcəklər.

Həmin kateqoriyadan