Mançini: “İkinci dəfə millətlər liqasının finalına vəsiqə qazandıq”

Roberto Mançini İtaliya komandasının millətlər liqasını qazanmasının nə üçün vacib olduğunu deyib.

Allsport.az xəbər verir ki, millinin baş məşqçisi İspaniya ilə yarımfinal oyunu ərəfəsində danışıb:

“İspaniya millisində çoxlu istedadlı oyunçular var və onlar üçün baş məşqçini dəyişmək problem deyil. Onlarla oynamaq həmişə çətindir, onların fantastik texniki oyunçuları var.

İkinci dəfə millətlər liqasının finalına vəsiqə qazandıq, xüsusilə də qrup mərhələsinə çoxlu gənc futbolçuları daxil etdiyimizi nəzərə alsaq, bu, layiqli nailiyyətdir”.

Həmin kateqoriyadan