Mariya Stadnikdən əsgər məktubu: Siz ölkəmizi qoruyur, bizə sülh və əmin-amanlıq bəxş edirsiniz

Ən titullu qadın güləşçimiz Mariya Stadnik (48 kq) növbəti xoş addımla diqqət çəkib. Allsport.az saytı xəbər verir ki, bü gün olimpiya mükafatçımız esgeremektub.com-da şanlı hərbçilərimizə məktub yazıb, onlara dəstək nümayiş etdirib. 29 yaşlı idmançı Uca Allahdan onları qorumağı diləyib:

“Azərbaycanın bütün hərbi qulluqçularına möhkəm can sağlığı arzulayıram. Vətənə sevgi və vətənpərvərliyinizə görə minnətdaram. Siz ölkəmizi qoruyur, bizə sülh və əmin-amanlıq bəxş edirsiniz. Allah sizi və yolunuzu gözləyən ailənizi qorusun”.

Həmin kateqoriyadan