Mariya Stadnik: Bir il də gözləməyə gücüm çatar

Məlum olduğu kimi, beynəlxalq olimpiya komitəsi Yaponiya höküməti ilə razılığa gələrək Tokio-2020-ni təxirə salmağa qərar verdilər. Ölkəmizdə güləş növü aparıcı sayıldığından, indi əsas diqqət onlara yönəlib. Milli üzvləri arasında elələri var ki, o, “dördilliy”ə vəsiqəni hələ ötən ildən təmin edib. Onlardan biri qadın güləşimizin əvəzolunmaz öncülü Mariya Stadnikdir (50 kq). 3 olimpiya medalına malik idmançımız artıq ömrünün 31-ci baharına qədəm qoyub. Allsport.az saytına müsahibəsində o, son duruma aydınlıq gətirib:

– Salam Maşa. İlk olaraq sizi ötən (Ərgənikon) Novruz bayramı münasibəti ilə təbrik edirəm.
– Təşəkkur edirəm, sizinlə bahəm.

Məşqləriniz necə gedir?
– Qaydasındadır. Yenə dağlara çəkilmişəm Karpatları nəzərdə tutur – red). Uşaqlarım da yanımdadırlar (gülümsəyir).

Martın 24- yeni qərar çıxdı: Tokio oyunları gələn il üçün təxirə salındı. Buna münasibətiniz?
– Bəli, vəziyyət yaxşı deyil. İlk növbədə, sağlamlığımızın və həyatımızın qeydinə qalmalıyıq. Allah eləsin, hər şey yoluna düşsün.

Siz qadın yığmasında vəsiqə qazanmış yeganə güləşçisiniz. Yəqin, oyunların uzadılması elə ürəyinizcə olmadı. Üstəlik, gələn il tamaşaçılar xalçada 31 deyil, 32 yaşlı Mariya Stadniki görəcəklər.
– Nə etmək olar, həyat belədir. 3 olimpiadanı geridə qoymuşam. Yetərincə gücüm var. Bir il də gözlərəm, çətin deyil. Ən başlıcası sağlamlıqdır!

– Təşəkkür edirəm, uğurlar.
– Özünüzü qoruyun, Allah amanında.

Söhbətləşdi: Kamran HACI

Həmin kateqoriyadan