ÖZƏL
Mariya Stadnik: Finalda məşqçilərin taktikasına əməl etmədim

Macarıstan paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 50 kq-da gümüş medal qazanan Mariya Stadnik finalda yenə yapon səddini aşa bilmədi. Yenilgidən təsirlənən titullu güləşçi yarışdan sonra açıqlama vermək istəmədi. Bu gün olimpiya mükafatçısı özü allsport.az saytı ilə əlaqə saxladı. O, durumu aydınlıq gətirdi və Budapeştdə olan jurnalistlərdən üzr istədi:

“Dünən müsahibə vermədiyim üçün sizdən bir daha üzr istəyirəm. Bu gün artıq sakit başla danışa bilərəm (gülür). Dünya çempionatında çıxışıma gəldikdə, doğrudur, finala qədər rahat gəldim. Başqa sözlə, məşqçilərin taktikasına hardasa düzgün icra edirdim. Təəssüf ki, yarış öncəsi xəstələndim və bu öz mənfi təsirini gedişatda büruzə verdi.

Həlledici görüşdə ən böyük səhv, yəqin, üçün məşqçilərə qulaq asmamağım oldu: hansı taktikada mübarizə aparmalıyam. Qərara gəldim ki, öz bildiyim kimi güləşim. Amma xəstəlik az-maz öz sözünü dedi. Zamanla bütün tarazlıq pozuldu və görüş istənilən məcrada getmədi.

Yeni qaydalar elədir ki, 2 gün güləşirsən. İlk gündə finala adladın, növbəti, bütün günü gəzirsən və yalnız axşam mübarizəyə qoşulursan. Belədə, boşalırsan. Yarışların yeni formatı ruhu öldürür, azacıq streslidir. Nəticədən razı qaldığımı söyləyə bilmərəm. Ancaq hədəfim dəyişməz olaraq qalır: Tokio olimpiadasında qızıl medal qazanmaq. Ona qədər bütün yarışlar, prinsipcə, mənə təəssüfverici deyil.

Bu, sanki hazırlığın mərhələsidir. Səhvlərimi gördüm. İndi mən boşalmamalıyam. Çatışmamazlıqları aradan qaldırmalıyam. Nəyin üzərində işləyəcəyim bəllidir. Azarkeşlər həmişə asan və erkən qələbələrimi görüb öyrəşiblər. Təəssüf ki, həmişə belə alınmır. Mənə dəstək olan insanlara minnətdarlığımı bildirirəm. Finalda onların məni zalda necə səslədiyini eşitdim. Təslim olmuram. Tokio olimpiadası arzuma çatmağa son fürsətimdir. Bundan yararlanmaq üçün bütün imkanlardan istifadə edəcəyəm”.

Kamran HACI, Budapeşt

Həmin kateqoriyadan