- Baxış sayı: 212
- 04 May 2026 19:05
- Baxış sayı: 46
- May 06, 2026
- 0

«Yarış mənə rahat keçdi, amma psixoloji təzyiq, gərginlik vardı. Zarafat deyil, evdə İslam oyunları kimi mötəbər tədbir keçirilir, məsuliyyət böyük idi. Azarkeşlər səni dəstəkləyir, onları üzmək doğru olmaz».
Allsport.az saytı xəbər verir ki, bunu qadın güləş millimizin öncülü Mariya Stadnik (48 kq) dedi. İslamiadanın qalibinin fikrincə, finalda türkiyəli rəqibi ilə görüş asan keçdi:
«Evin Dəmirxanı ayın əvvəli Serbiyada keçirilən Avropa çempionatında da asan qalib gəldim. Ailəm yanımda olmasa da, onlar televiziya vasitəsi ilə çıxışımı izləyiblər. Sabah qızımın 4 yaşı tamam olur, çox sevincliyəm».