Mariya Stadnik jurnalistlərdən üzr istədi: İstənilən vaxtda müsahibə verməyə hazıram

Dünən Macarıstan paytaxtının “Laslo Papp” idman sarayında keçirilən dünya çempionatının 50 kq-da finalında yaponiyalı Yui Susakiyə uduzan Mariya Stadnik, görüşdən sonra Budapeştə yollanan azərbaycanlı jurnalistlərə müsahibə verməyərək, birbaşa dopinq nəzarətə getmişdi. Bu durum bəzi həmkarlar tərəfindən qınaqla qarşılanmışdı.

Titullu güləşçi allsport.az saytına verdiyi açıqlamada dünənki hadisədən üzr istəyib və bunu anlayışla qarşılamağı xahiş edib: “Final görüçündən sonra çox üzgündüm. Danışmaq istəmirdim. Belə anlarda, yaxşı olar ki, idmançını tək buraxasan. Axı o da insandır. Həmişə jurnalistlərə sayğı ilə yanaşmışam. İstənilən vaxtda müsahibə verməyə hazıram”.

K.HACI, Budapeşt

 

Həmin kateqoriyadan