- Baxış sayı: 32
- 26 Aprel 2024 23:41
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
Azərbaycanın daha bir güləşçisi dünya güləş birliyindən (UWW) pul mükafatı alıb.
Allsport.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən qadın güləşçi Mariya Stadnikə 3 000 ABŞ dolları verilib.
2 qat dünya və 8 qat Avropa çempionu, Tokio-2020 yay olimpiya oyunlarının bürünc mükafatçısı 60 xalla dünya reytinqində 3-cü olduğundan, bu mükafata layiq görülüb.
Bu çəki dərəcəsində ilk pillədə ABŞ təmsilçisi Sara Hilderbrandt (82 xal) qərarlaşıb. 2-ci sıranı isə yaponiyalı Yui Susaki (68 xal) tutur.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov (92 kq) 3 000 ABŞ dolları, yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) isə 10 000 dollar mükafat əldə edib.