Mariya Stadnik və Yuliya Ratkeviçin reytinqdəki yeri dəyişmədi

Dünya Güləş Birliyi (UWW – United World Wrestling) 2015-ci il yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyasını açıqlayıb. Allsport.az xəbər verir ki, qadın güləşçilərin reytinq sıralamasında 5 güləşçimizin adı var.

İlk onluqda yer alan 2014-cü il Dünya çempionatının gümüş mükafatçısı Yuliya Ratkeviç (60 kq) və bürünc medalçısı Mariya Stadnik (48 kq) reytinqdəki mövqelərini qoruyublar. Güləşçilərimiz müvafiq olaraq, 2-ci və 4-cü sırada qərarlaşıb.

48 kq
4. Mariya Stadnik – DÇ 3-cü yer (4)

58 kq
12. İrina Netreba – Paris Qran Pri turniri 3-cü yer (10)

60 kq
2. Yuliya Ratkeviç – DÇ 2-ci yer (2)
11. Nataliya Sinişin – Paris Qran Pri turniri 2-ci yer (nr)

69 kq
19. Nadya Sementsova – Almaniya Qran Pri turniri 3-cü yer (13)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Həmin kateqoriyadan