- Baxış sayı: 76
- 24 İyun 2026 22:19
- Baxış sayı: 39
- İyun 26, 2026
- 0

Macarıstan paytaxtı Budapeştin “Laslo Papp” idman sarayında dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün qadın güləşçilərin son yarış günüdür.
Dünən inamlı çıxışı ilə finala vəsiqə qazanan Mariya Stadnik (50 kq) həlledici tutaşmada yaponiyalı Yui Susaki ilə qarşılaşdı.
Həmişə bu ölkənin nümayəndələri ilə görüşlərdə çətinlik çəkən olimpiya mükafatçımız bu dəfə də rəqiblə bacarmadı və gümüş medalla kifəyətləndi – 0:10
Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq) və Elmira Qəmbərova (62 kq) təsəllivericilərdə yeniliblər.