Mariya Stadnikdən Azərbaycan idmanında rekord: 4 olimpiada, 4 medal!

Qadın güləş millimizin öncülü Mariya Stadnik müstəqil Azərbaycan idmanında tarixə düşüb.

Allsport.az saytı xəbər verir ki, o, Tokio-2020-də 3-cü yer tutmaqla, ardıcıl 4 oyunlarında medal qazanan ilk və yeganə atlet olub: Pekin-2008 bürünc, London-2012 və Rio-2016 gümüş!

Təmsilçimiz, iştirak sayında da güllə atıcımız İradə Aşumovanı haqlayıb.

Maşanın medal boğçasında 2 dünya və 8 Avropa və 2 qitə oyunlarının qızılı var. Ukrayna əsilli güləşçi 2007-ci ildən bizdə çıxış edir. O, həmin dönəmdə qadın güləş millimizin baş məşqçisi Nazim Əlicanovun dəvəti ilə Azərbaycanı seçib.

Maraqlıdır ki, sözü gedən uğura qədər 3 dəfə bu sevinci yaşayan idmançımız da güləşçidir. Xetaq Qazyumov Pekin-2008 bürünc və London-2012-də bürünc və Rio-2016-da gümüş medala yetişib.

Həmin kateqoriyadan