- Baxış sayı: 208
- 04 May 2026 19:05
- Baxış sayı: 14
- May 05, 2026
- 0

Bu gün Paris-2024-də qadın güləşçilər də mübarizəyə qoşulublar. Allsport.az saytı xəbər verir ki, 50 kq-da millinin öncülü Mariya Stadnik ilk görüşdə almaniyalı Anastasiya Blayvası 6%2 üstələyib.
4-qat olimpiya mükafatçımız 1/4 finalda monqolustanlı Otqonjarqal Dolqoryav ilə qarşılaşıb. Təcrübəli idmançı 3:0 irəlidə olmasına rəğmən, tutaşmanı 4:4 rəqibin xeyrinə bitirib. Asiyalı xalların keyfiyyətinə görə mərhələ adlayıb.
Olimpiya və 4-qat dünya çempionu, 50 kq-da baş mükafata əsas namizəd yaponiyalı Yui Susaki gözlənilmədən ilk görüşdə hindistanlı Vineş Pxoqataya yenilməsi təmsilşçimizə qızıl medala ümid versə də, 36 yaşlı Mariya Stadnik son fürsəti də əldən qaçırıb.