Marqarita Əzizova: Fikrimcə, sonda təcrübəsizlikən uduzduq

Bu gün qadın voleybol millimiz Qızıl Avropa liqasında evdə ispaniyalı həmkarlarını qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, yığmamızın üzvü Marqarita Əzizova görüş öncəsi bunu deyib:

“İlk oyuna fiziki və psixoloji olaraq hazır idik. Sona kimi mübarizə aparmaq və qalib gəlmək üçün əlimizdən gələni etdik. Düzdür, ilk hissədə öz səhvlərimiz çox oldu və buna görə məğlub olduq. Sonrakı hissələrdə isə toparlandıq və gözəl komanda oyunu nümayiş etdirdik.

Fikrimcə, sonda oyunçularımızın təcrübəsizliyi nəticəsində məğlub olduq. Növbəti oyunumuz İspaniya millisi ilə olacaq. Doğma vətənimizdə rəqibimizi qarşılayacağıq. Oyun üçün son məşqlərimizi keçiririk. Qələbə üçün meydançaya çıxacağıq. Bütün komanda yoldaşlarıma uğurlar arzu edirəm”.

Həmin kateqoriyadan