- Baxış sayı: 45
- 23 Aprel 2025 15:27
- Baxış sayı: 58
- Aprel 27, 2025
- 0
Bakı şəhər halqası əməliyyat şirkəti 19-21 sentyabrda keçiriləcək Formula-1 üzrə Azərbaycan qran prisi üçün marşal qeydiyyatı proqramına start verib.
Sürət yarışının həyəcanverici atmosferini trekə ən yaxın məsafədən hiss etmək istəyirsinizsə və yaşınız 21-dən yuxarıdırsa, dünyanın hansı yerində yaşamağınızdan asılı olmayaraq, marşal proqramına qoşulmaq fürsətiniz vardır! Tədbirin uğurla keçməsində və yarış zolağının təhlükəsizliyinin təmin olunmasında öz töhfənizi vermək fürsətini qaçırmayın.
Azərbaycan avtomobil federasiyası (AAF) bu proqramı uğurla başa vuran hər bir marşalı FİA tərəfindən qəbul olunmuş beynəlxalq rəsmi lisenziya ilə təltif edəcək. Bu lisenziya marşallara yalnız Azərbaycanda deyil, Formula-1 qran prisi və digər avtomobil idman yarışlarında iştirak etmək imkanı verəcək.
Ötən il Formula-1 Azərbaycan qran prisi zamanı 1500-ə yaxın marşal cəlb edilib, onların 100-dən çoxu əcnəbi olub.