Maşa 6-cı dəfə çempionu oldu, sərbəst güləşçilərimizdən 1 qızıl və 1 gümüş medal

Bu gün Serbiyanın Novı Sad şəhərində güləşçilərin Avropa çempionatı başladı. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə dörd təmsilçimiz xalça üzərinə çıxdı, onlardan üçü etimadı doğruldu.

Qadınlarda millimizin öncülü Mariya Stadnik (48 kq) çətinlik çəkmədən finala adlaydı. Həlledici görüşdə o, ukraynalı həmkarına da vaxtından əvvəl qalib gələrək 6-cı qitə çempionluğunu bayram etdi.

Elmira Qənbərova (63 kq) da mübarizəyə pis başlamadı, ilk görüşdə təcrübəli Katerina Yohassonu «tuşe» ilə ustələdi. Amma növbəti görüşdə rusiyalı İnna Trajukovaya psixoloji uduzdu.

Giorgi Edişeraşvili (57 kq) də rahat şəkildə finala çıxdı. Qızıl medal uğrunda görüşdə onun rəqibi rumıniyalıı Dauren Kuruqliyev idi. Əvvəldən sonadək üstün güləşən idmançımız qızıl medal qazandı.

Aleksandr Qostiyev (86 kq) finala çıxmaqla, ən azı, ötənilki nəticəsini təkraladı. Amma o, bu dəfə də yekunda gümüş mükafatla kifayətləndi.

57 kq
FİNAL – Giorgi Edişeraşvili – Andrei Dukov (ROU) 9:0
1/2 final – Giorgi Edişeraşvili – Zavur Uguev (RUS) 5:1
1/4 final – Zoheir EL Ouarraqe (FRA) – Giorgi Edişeraşvili 3:10
1/8 final – Dzimchyk Rynchynau (BLR) – Giorgi Edişeraşvili 0:10

86 kq 
FİNAL – Aleksandr Qostiyev – Dauren Kurugliev (RUS) 0:6
1/2 final – Selim Yaşar (TUR) – Aleksandr Qostiyev 2:3
1/4 final – Aleksandr Qostiyev – Vahe Tamrazyan (ARM) 5:3
1/8 final – Aleksandr Qostiyev – Zbigniew Mateusz Baranovski (POL) 3:1

48 kq 
FİNAL – İlona Semkiv (UKR) – Mariya Stadnik 0:10
1/2 final – Emilia Alina Vuc (ROU) – Mariya Stadnik 0:10 (44 san.)
1/4 final – Mariya Stadnik – Evin Demirhan (TUR) 14:1
1/8 final – Mariya Stadnik – Anna Lukasiak (POL) 10:0

63 kq 
1/4 final – İnna Trajukova (RUS) – Elmira Qəmbərova 8:2
1/8 final – Elmira Qəmbərova – Henna Katarina Johansson (SWE) 4:0 tuşe

Həmin kateqoriyadan