- Baxış sayı: 74
- 13 Noyabr 2026 19:23
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

AVF, uşaq və yeniyetmə voleybolçuların müəyyənləşdirilməsi məqsədilə bölgələrə səfərləri davam etdirir.
Allsport.az saytı xəbər verir ki, 16-17 yanvarda Masallı və Şirvan olimpiya idman komplekslərində olan federasiya nümayəndələri burada voleybolla məşğul olan uşaqların məşqini izləyiblər.
Mütəxəssislər idmançılara voleybol haqqında ətraflı məlumat veriblər, müvafiq kriteriyalara uyğun olan uşaqların qeydiyyatını aparıblar.