MGİMO və ASAPES arasında anlaşma

Fevralın 21-dəRusiya federasiyası xarici işlər nazirliyinin Moskva dövlət beynəlxalq münasibətlər institutu (MGİMO) və Azərbaycan dövlət bədən iərbiyəsi və idman akademiyası arasında anlaşma olub. Allsport.az saytı xəbər verir ki, sənədi MGİMO rektoru Anatoli Torkunov və AzDBTİA-nın rektoru Fuad Hacıyev imzalayıblar.

Bu sözləşmə MGİMO və ASAPES arasında elmi-tədqiqat, təhsil və konsaltinq layihələrinin, elmi-tədris tədbirlərinin, akademik və tələbə mübadiləsinin birgə həyata keçirilməsini, eləcə də digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.

Eyni zamanda, fevralın 21-də “İdman menecmenti” magistratura proqramının ikili diplom formasında tətbiq edilməsi haqqında iki ali təhsil müəssisəsi arasında müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq, MGİMO və ASAPES qabaqcıl Avropa universitetlərindəki tərəfdaşlarını da “İdman menecmenti” magistr proqramının həyata keçirilməsinə cəlb edəcəklər.

Qeyd olunan təhsil proqramını müvəffəqiyyətlə bitirən tələbələrə “İdman menecmenti” ixtisaslaşma dərəcəsi verilməklə MGİMO və ASAPES-in magistr diplomu təqdim ediləcək.

Həmin kateqoriyadan