- Baxış sayı: 35
- 11 May 2026 21:35
- Baxış sayı: 34
- May 11, 2026
- 0

Allsport.az xəbər verir ki, güləş üzrə milli komandalarımız qarşıdakı məsul yarışlara hazırlığı davam etdirir.
Qadınlardan ibarət millimizin üzvləri 2 fərqli məkanda məşqlərini davam etdirir. Yığmanın bir neçə üzvü baş məşqçi Semyon Şterevin rəhbərliyi altında Bolqarıstanın Belmeken şəhərində təlim-məşq toplanışı keçir.
İyulun 5-də start götürən hazırlıq prosesi 20 gün davam edəcək. Qadın güləşçilərimiz daha sonra “Poland Open” turnirində iştirak etmək üçün Varşavaya yollanacaq.
Komandanın digər üzvləri, o cümlədən qadın güləşi üzrə U-20 və U-17 millilərimiz isə böyük məşqçi Toğrul Əsgərov, məşqçilər Rövşən Umudov, Ağahüseyn Mustafayev və Solmaz Adilovanın rəhbərliyi altında Göygöldə toplanış keçir.
İyulun 2-də fiziki hazırlığın yüksəldilməsi məqsədilə startı verilən hazırlıq prosesi 2 həftə davam edəcək.