Mikayıl Cabbarov güləş, Mədət Quliyev velosiped idmanı federasiyalarına gətirilir

Sentyabrda ölkə başçısı İlham Əliyevin sərəncamı ilə bir müddət boş qalmış gənclər idman naziri vəzifəsinə Fərid Qayıbov təyin edildi. Uzun müddət Azərbaycan gimnastika federasiyasında baş katib olan gənc idman adamı, 2017-ci ilin dekabrından Avropa gimnastika ittifaqına rəhbər seçilmişdi. Prezident, onunla görüşündə Tokio yay olimpiya oyunlarında qızıl medalın olmaması narahatçılığını dilə gətirmiş və bu sahədə irəliləyiş üçün bir sıra tapşırıq vermişdi.

Artıq 3 federasiyada rəhbərliyə növbədənkənar seçkilər keçirilib. Üzgüçülük federasiyasında Xanlar Fətiyev öz vəzifəsində qalıb. O, Gəncə avtomobil zavodunun direktorudur. Cüdo federasiyasında ARDNŞ-in rəhbəri Rövnəq Abdullayevi rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əvəz edib. Bu gün gənclər və idman nazirliyinin inzibati binasında baş tutan toplantıda Balakişi Qasımov 4 il müddətinə qılıncoynatma federasiyasına prezident seçilib.

Allsport.az-ın əldə etdiyi məlumata görə, bunca AQF-ə rəhbərlik edən vergilər naziri Mikayıl Cabbarov, güləş federasiyasının başına keçəcək. Sabiq nazir Fazil Məmmədovdan sonra xeyli müddətdir ki, bu vəzifə boşdur. Müdafiə sənayesi naziri Mədət Quliyev isə, velosiped idmanı federasiyasına prezident seçiləcəyi gözlənilir.
Milli olimpiya komitəsində də bu il seçkilər ehtimal olunur…

Həmin kateqoriyadan