Milana Minakovskaya debütdə neçənci yer tutub?

Belçikanın Gent şəhərində idman gimnastikası üzrə beynəlxalq turnirdə Milana Minakovskaya debüt edib. Allsport.az saytı xəbər verir ki, o, 4 alətdə öz proqramını nümayiş etdirib. Bütün çıxışlarının nəticəsinə əsasən, ümumilikdə 43.932 xal toplayan gimnastımız, 69 təmsilçi arasında 44-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Milana Minakovskaya bu il Macarıstanın Gyor şəhərində gənclərin ilk dünya çempionatında (27-30 iyun), həmçinin Bakıda keçiriləcək Avropa gənclər olimpiya festivalında (21-27 iyul) ölkəmizi təmsil edəcək.

Həmin kateqoriyadan