- Baxış sayı: 49
- 21 İyul 2026 23:22
- Baxış sayı: 135
- İyul 22, 2026
- 0

Türkiyə qadın voleybol millisi millətlər liqası – 2026-nın yarımfinalına yüksəlib.
Allsport.az xəbər verir ki, türkiyəli voleybolçular 1/4 final mərhələsində Kanada yığmasını 3:1 (22:25, 25:21, 25:21, 25:17) hesabı ilə məğlub ediblər.
Komanda yarımfinalda ABŞ – Çin cütünün qalibi ilə qarşılaşacaq.
Qadınlar arasında millətlər liqasının final mərhələsində ABŞ, Çin, Türkiyə, Kanada, İtaliya, Niderland, Braziliya və Yaponiya milliləri mübarizə aparır. Kanada tarixində ilk dəfə turnirin “Final səkkizliy”inə vəsiqə qazanıb, Çin isə təşkilatçı kimi final mərhələsində iştirak edir.
Xatırladaq ki, millətlər liqasının son qalibi İtaliya millisidir. İtaliyalılar 2025-ci ilin finalında Braziliyanı 3:1 hesabı ilə məğlub edərək çempion olublar.