- Baxış sayı: 53
- 09 May 2025 12:57
- Baxış sayı: 90
- May 12, 2025
- 0
Qadın voleybolçuların yüksək liqasında bürünc medal uğrunda oyunlara start verilib.
Allsport.az xəbər verir ki, GİN-in voleybol mərkəzində üçüncü yer uğrunda “Gəncə” və “Milli Aviasiya Akademiyası” komandaları ilk oyunlarına çıxıblar.
4 set davam edən oyun “Milli Aviasiya Akademiyası”nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında növbəti qarşılaşma bu gün keçiriləcək. Reqlamentə görə qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), qızıl set oynanılacaq.
Üçüncü yer uğrunda
Birinci oyun
19 aprel
“Gəncə” – “Milli Aviasiya Akademiyası” 1:3 (18:25, 25:23, 18:25, 17:25)
İkinci oyun
20 aprel
15:00. “Milli Aviasiya Akademiyası” – “Gəncə”
Ünvan: GİN-nin voleybol mərkəzi