Milli Avstriyaya uduzub

Milli Avstriyaya uduzub

Kişi voleybolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının təsnifat mərhələsində son oyununu keçirib.
Allsport.az xəbər verir ki, Fərid Calalovun rəhbərlik etdiyi komanda Bakıda Avstriya yığması ilə üz-üzə gəlib.
GİN-in voleybol mərkəzində təşkil olunan görüşdə rəqib komanda quru hesablı qələbə qazanıb.
Milli AVRO-2026-nın seçmə mərhələsində Avstriya və Belçika komandaları ilə birgə “B” qrupunda mübarizə aparıb. Yarışın reqlamentinə görə qrup qalibləri və ən yaxşı nəticə ilə ikinci olacaq 5 komanda Avropa çempionatında iştirak hüququ qazanacaq. Yığmamızın yer aldığı qrupda 4 görüşü qalib başa vuran Belçika millisi qrup lideri olaraq AVRO-2026-ya vəsiqə qazanıb.

2026 Avropa çempionatı (təsnifat mərhələsi)
“B” qrupu
16 avqust
Azərbaycan – Avstriya 0:3 (13:25, 12:25, 18:25)

Həmin kateqoriyadan