- Baxış sayı: 48
- 20 İyul 2026 21:33
- Baxış sayı: 71
- İyul 19, 2026
- 0

Kişi voleybolçulardan ibarət Azərbaycan komandası Avropa çempionatının seçmə mərhələsinə hazırlıqları davam etdirir.
Allsport.az xəbər verir ki, milli 2026-cı ildə baş tutacaq qitə birinciliyinin seçmə mərhələsi çərçivəsində təlim-məşq toplanışına iyulun 15-də başlayıb. Hazırlıq prosesi GİN-in voleybol mərkəzində keçirilir. Fərid Calalovun rəhbərlik etdiyi yığmamıza ümumilikdə 14 voleybolçu cəlb olunub.
Milli seçmə mərhələdə Belçika və Avstriya kollektivləri ilə qarşılaşacaq. Komanda avqustun 13-də səfərdə Belçika, avqustun 16-da isə Bakıda Avstriya seçmələri ilə üz-üzə gələcək.
Avropa voleybol konfederasiyasının təqviminə əsasən, bu mərhələnin ilk oyunları 2024-cü ilin avqust ayında keçirilib.