FOTO
Milli idman növləri assosiyasiyası da Azərbaycan prezidentinin çağırışına qoşuldu

Əl tutmaq Əlidən qalıb. Ölkə başçısı İlham Əliyevin koronavirusla mübarizəyə qarşı məlum cağırışı nəticəsində, karantin vəziyyətində imkanlı vətəndaşların və təşkilatların yardım kampaniyaları davam etməkdədir. Allsport.az saytı xəbər verir ki, bu gün buna Milli idman növləri assosiyasiyası da qoşulub.

AMİNA-nın 1-ci vitse-prezidenti, əməkdar məşqci Kazım Qurbanovun təşəbbüsü və rəhbərliyi ilə Xızıda aztəminatlı ailələrə yardım edilib. Proses rayon içi olmaqla, Bəy Əhməd yurdu, Xələnc, Giləzi, Tıxlı, Baxşılı, Yarımca, Qara bulaq və Təzə kəndləri əhatə edib.

Qeyd edək ki, gənc idman mütəxəssisi Azərbaycan güləşində tanınmış Qurbanovlar ailəsindəndir. O, hamımızın müəllimi – AzDBTİA-nın “İdmanın təkmübarizlik növləri” kafedrasının müdiri, AMİNA-nın və Zorxana federasiyasının prezidenti, Milli olimpiya komitəsinin üzvü, Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Tərəqqi” medalının sahibi, bu ilin 20 yanvarında 70 yaşını qeyd edən Xanlar Qurbanovun oğludur. 

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish