Milli ilk qələbəsini qazandı

Milli ilk qələbəsini qazandı

Bu gün III MDB oyunları çərçivəsində Gəncə idman sarayında voleybol yarışları davam edib.

Allsport.az xəbər verir ki, “A” qrupunda yer alan kişilərdən ibarət Azərbaycan yığması Qırğızıstana 3:0 hesabı ilə qalib gəlib.

Günün digər oyununda “A” qrupunda mübarizə aparan Rusiya Özbəkistandan üstün olub – 3:1.

Dünən qadınlardan Azərbaycan voleybol yığması Tacikistana qalib gəlmişdi – 3:0.

Həmin kateqoriyadan