Milli komandamızın keçmiş voleybolçusu həyat yoldaşı ilə birgə qarət olunub

“Azəryol” voleybol klubunun məşqçisi və oyunçusu polisə müraciət ediblər. Allsport.az saytı xəbər verir ki, səbəb, onlara məxsus əşyaların oğurlanması olub.

Musavat.com-un məlumatına görə, klubun məşqçi köməkçisi Türkiyə vətəndaşı 1987-ci il təvəllüdlü Onad Qurd  və onun arvadı, milli komandanın keçmiş oyunçusu Oksana Parxomenko (Qurd) polisə müraciət ediblər.

Onlar müraciətlərində bildiriblər ki, kluba məxsus “İsuzu” markalı avtobusdan yaşadıqları evin qarşısında düşərkən, avtobusun yük yerinə qoyduqları və içərisində 2500 avro dəyərində qol saatı, 2 dəst idman paltarı və dəyəri 500 avro olan fizioterapiya masaj aparatı olan idman çantaları yoxa çıxıb.

Həmin kateqoriyadan