- Baxış sayı: 52
- 13 Avqust 2026 20:08
- Baxış sayı: 566
- Avqust 12, 2026
- 0

Allsport.az xəbər verir ki, 18 yaşadək voleybolçu qızlardan ibarət yığmamız noyabrın 20-26-da Daugavpils şəhərində şərqi Avropa zonal assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.
Şahin Çatmanın rəhbərlik etdiyi komanda noyabrın 20-də ilk matçını ev sahibi Latviya komandasına qarşı keçirəcək. Avro-2024-ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Qeyd edək ki, voleybolçularımız Gürcüstan, Latviya, Ukrayna, Litva, Estoniya və Polşa milliləri ilə üz-üzə gələcək.