“Şəhər üzərində uçan skaydayverlər” Milli Mətbuat Gününün şərəfinə şou göstərdi

Bu gün Milli Mətbuat Günü münasibəti ilə “Red Bull Skydive” komandasının üzvləri Marko Valtenşpil və Corc Letner əyləncə göstəriblər. Allsport.az saytı xəbər verir ki, paytaxt sakinlərinə “Şəhər üzərində uçan skaydayverlər” kimi tanış olan təhlükəni sevən oğlanlar Bakı Televiziya Qülləsindən paraşütla atlayış ediblər.

Külək olmasına baxmayaraq, idmançılar riskli hərəkətlər edib, tamaşaçılara heyacan dolu anlar yaşadıb və gözəl şəhər mənzərəsini göstəribdilər. Qeyd edək ki, Bakı Televiziya Qülləsinin inşasına 1979-cu ildə başlanıb, 1996-ci ildə sona çatdırılıb; 310 metr hündürlüyu ilə bu Azərbaycan ərazisində, eləcə də Qafqazın ən hündür dəmir-beton tikintisi sayılır.

Baku TV Tower Jump_3 Waltenspiel and Lettner_Baku

Həmin kateqoriyadan