Milli olimpiya komitəsi və güləş federasiyası ilə Yaponiyanın Şika şəhəri arasında əməkdaşlıq

İşikava perefekturasının Şika şəhərinin meri Masaru Koizumi başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir. Allsport.az saytı xəbər verir ki, səfər çərçivəsində Tokio-2020 olimpiya və paralimpiya Oyunlarına hazırlıqla bağlı qurumlar arasında anlaşma imzalanıb.

Toplantıda gənclər və idman nazirinin müavinləri İsmayıl İsmayılov və Fərhad Hacıyev, milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, güləş federasiyasının prezidenti əvəzi Namiq Əliyev, milli karate federasiyasının rəhbəri Yaşar Bəşirov, cüdo federasiyasnın baş katibi Elmar Babanlı, Şikanın meri Masaru Koizumi, şəhər assableyasının sədri Minami Masao, uzunmüddətli təhsil-tədris diviziyasının konsulu Oie Hideaki iştirak ediblər.

Görüş üçün təşəkkürünü bildirən meri Masaru Koizumi Azərbaycanda səfərinin çox maraqlı və səmərəli keçdiyini qeyd etdi. O qarşıdan gələn Tokio olimpiadasına hazırlıq mərhələsinin davam etdiyini qeyd etdi. Gələcək yarışların təşviqi və ölkələr arasında idman əlaqələrinin genişləndirməsi üçün müxtəlif layihələrin keçiriləcəyini qeyd etdi.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə 2020-ci il keçiriləcək olimpiya və paralimpiya oyunlarının uğurla keçəcəyini qeyd etdi: “Biz Tokio oyunlarına hazırlaşırır. İdmançılarımız da Rio-2016 kimi bu oyunlarda yüksək nəticələr qazanacaqlar. Belə əməkdaşlığın qurulması və layihələrin təşkili isə öz növbəsində qurumların inkişafında böyük təsir edəcək”.

Sonra Şika şəhərinin promo çarxı təqdim olundu. Burada şəhərin mədəniyyəti, turizm, təhlükəsizlik və digər mövzular təqdim olundu. Burada əsas idman növlərinə maraq, idman qurğularının inkişafı və vəziyyəti, xüsusilə güləş, karate və cüdo idman növünə maraqdan danışılıb.

Anlaşma memorandumunun imzalanmasının səmərəliliyindən söz açan Namiq Əliyev deyib: “Biz bu oyunlara həvəslə hazırlaşırıq. Düşünürük ki, Tokio olimpiadasında nəticələrimiz yüksək olacaq. Həmçinin, Yaponiyada təlim-məşq toplantılarında iştirak etmək hər iki ölkə arasında fikir mübadiləsi aparmaq məncə uğurlu ideyadır.”

Hər bir idman federasiyalarının rəyləri və təklifləri dinlənildi, ikitərəfli fəaliyyət və təlim məşq toplantılarının keçirilməsinə dair fikir mübadiləsi aparıldı.

Sonra milli olimpiya komitəsi və Şika şəhəri arasında, həmçinin güləş federasiyası və Şika şəhəri arasında müqavilə bağlanılıb. Memorandum əsasında MOK Tokio-2020 oyunları güləş yarışmasında ilkin məşq düşərgəsinə namizəd olaraq Yaponiyanın Işikava əyalətinin Şika şəhərinə yüksək prioritet verilməsi, birgə layihələr həyata keçirməsi və digər məsələlər daxildir.

Həmçinin güləş federasiyası və Şika şəhəri arasında anlaşma memodandumuna əsasən təlim məşq toplantıları, fikir mübadiləsi, müxtəlif yarışlar və seminarların keçirilməsi daxildir.

Həmin kateqoriyadan