Milli qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə yarış keçirilib

Dekabrın 21-də Şüvəlan qəsəbəsində ağır atletika akademiyasında milli qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə açıq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda paytaxt və regionlarda fəaliyyət göstərən idman təşkilatlarının nümayəndələri iştirak ediblər. Turnirin keçirilməsində məqsəd onun timsalında Vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, onun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliği və inkişaf etdirilməsi, ən güclü idmançıların aşkar olunması, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

Sonda milli qəhrəmanın həyat yoldaşı Nəsibə Şahbazova səhnəyə dəvət edilib, ona xatirə medalı və hədiyyələr təqdim edilib. O da öz növbəsində bu yarışın mütəmadi və yüksək səviyyədə təşkilini təqdir edib, əməyi olan hər kəsə təşəkkür edib. Yarış açıq elan edilib, dövlət himni səslənib.

Nəticəyə gəlincə, körpücük üzərinə ilk olaraq çəkisi 49 və 55 kq olan atletlər çıxıblar. Müvafiq olaraq toplam 136 kq (58+78) nəticə ilə Fuad Qədimov və toplam 190 kq (90+100) nəticə ilə Əvəz Tağıyev qızıl medala sahib çıxıblar. Sonrakı çəkilərdə – 61 kq-da 160 kq (70+90) nəticə ilə Hüseyn Azayev, 67 kq-da 208 kq (98+110) nəticə ilə Kamil Nəbiyev, 73 kq-da toplam 161 kq (76+85) nəticə ilə Novruz Muxtarlı, 81 kq-da 213 kq (96+117) nəticə ilə Canəli Əsədov, 89 kq-da toplam 245 kq (115+130) nəticə ilə Yaşar Mamayev və 96 kq-da toplam 216 kq (96+120) nəticə ilə Kənan Zamanov qalib gəliblər.

Həmin kateqoriyadan