Millidən Astanada 4 medal

Qazaxıstanın paytaxtı Astanada gənc yunan-Roma güləşçiləri arasında Jaksılık Uşkempirov turniri davam edir. Allsport.az xəbər verir ki, Azərbaycan yığması hesabına 1 qızıl, 1 gümüş və 2 gümüş medal yazdırıb.

10 ölkənin təmsil olunduğu yarışın ikinci günündə 55, 63, 72, 82 və 97 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Ruslan Nurullayev (72 kq) qızı, İsmayıl Rzayev (82 kq) gümüş, Hüseyn Savadovla (55 kq) Məhəmməd Şükürzadə (63 kq) isə bürünc medal qazanıb.

Bu gün digər 5 çəkidə də mübarizəyə start verilib. Fəraim Mustafayev (67 kq), Davud Məmmədov (77 kq) və Əli Quliyev (87 kq) finala yüksəlib. Cocu Səmədov (87 kq) bürünc medal uğrunda, Tural Əhmədov (60 kq), Təvəkgül Həziyev (67 kq), Kənan Abdullazadə (77 kq) və Məzaim Mərdanov (130 kq) isə təsəlliverici görüşdə iştirak hüququ qazanıb.

Həmin kateqoriyadan