- Baxış sayı: 31
- 28 Sentyabr 2026 21:40
- Baxış sayı: 117
- Sentyabr 26, 2026
- 0

Qadın voleybolçuların Avropa çempionatının püşkatması olub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan voleybol federasiyasının (AVF) prezidentinin müşaviri Cəlil Cəfərov, AVF-nin idarə heyətinin üzvü Elqar Bağırov və millimizin voleybolçusu Ayşən Abduləzimova da tədbirdə iştirak edib. Mərasim İtaliyanın Bari şəhərində məşhur Norman-Svabian qalasında keçirilib.
Püşkatma nəticəsində ardıcıl 11-ci dəfə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin rəqibləri bəlli olub. Çempionatın ev sahiblərindən biri olan ölkəmizdə “C” qrupunun oyunları keçiriləcək.
Millimizin qrupda rəqibləri Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniyadır. Komandamız 1/8 finala vəsiqə qazanmaq üçün qrupda ilk 4 yerdən birini tutmalıdır.
