Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı

Niderland və Belçikada qadın voleybolçuların Avropa çempionatının final mərhələsi start götürüb. Allsport.az saytı xəbər verir ki, son illərdə yarışın daim iştirakçısı Azərbaycan millisi «B» qrupunda türkiyəli həmkarları ilə üz-üzə gəlib.

Faiq Qarayevin rəhbərlik etdiyi komanda 1-ci Avropa Oyunlarının yarımfinalında «ay-ulduzlular»la qarşılaşmışdı. Gərgin keçən oyun sonda qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatmışdı.

Qızlarımızın əvəz çıxmaq üçün imkanı olsada, bundan yararlana bilməyiblər. İlk hissə başa-baş gedib. Hesab 18:18 olarkən, Polina Rəhimovanın zərbələrini qaytaran blok məsələni əməli həll etdi.

2-ci setin əvvvələri də bərabər oynanılsa da( 7:7), yığmamız irəli atılıb və təşəbbüsə yiyələnib. Hər şey xeyrimizə ikən – 13:9 – üstünlük əldən verilib. 3-cü torda voleybolçularımız rehdan düşüb və nəzarət tam türkiyəlilərdə olub. Beləliklə, matç qonşu dövlətin komandasının tam qələbəsi ilə başa çatıb – 3:0 (25:21, 28:26, 25:13).

Bü gün millimiz ev sahibələri Belçika ilə qarşılaşacaq. Yeri gəlmişkən, təşkilatçılar dünən Macarıstan kollektivini 3:0 üstələyiblər. Xatırladaq ki, qrupda ilk 2 yeri tutanlar 1/4 finala adlayacaqlar.

Həmin kateqoriyadan