- Baxış sayı: 75
- 24 İyun 2026 22:19
- Baxış sayı: 30
- İyun 26, 2026
- 0

ABŞ-ın Ayova ştatının eyni adlı şəhərində sərbəst güləş üzrə dünya kuboku başa çatıb. Allsport.az saytı xəbər verir ki, millimiz “B” yarımqrupunda Kuba (8:2), Qazaxıstan (9:1) və Monqolustan (7:3) komandalarına qalib gələrək finala yüksəlib.
Həlledici görüşdə rəqib Hindistan, Gürcüstan və Yaponiya pəhəvanlarını üstələyən ABŞ yığması olub. Gərgin keçən qarşılaşma ev sahibinin 6:4 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, dünya güləşinin 2 aparıcı komandası – Rusiya və İranın məlum səbəbdən okeanın o tayına gələ bilməməsi, bizimkilərin dünya kubokunun 3-cü dəfə Azərbaycana gətirmək fürsətinə yiyələnmişdi. Amma ABŞ millisi ilə zəif çıxış bu tarixi imkanı qaçırılması ilə nəticələnib.