- Baxış sayı: 32
- 26 Aprel 2024 13:30
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
Kişi voleybolçulardan ibarət millimiz mayın 7-16-da Avropa çempionatının seçməsinin oyunlarını keçirəcək. Allsport.az saytı xəbər verir ki, təsnifatda “F” qrupunda yer alan və görüşlərinə Gürcüstan və Monteneqroda çıxacaq komandamızın görüşlərini idarə edəcək hakimlər bəlli olub.
Voleybolçularımızın Monteneqro, Gürcüstan və Yunanıstanla görüşlərini 4 referi təyinat alıb. Oyunlarımızda hakim funksiyasını Ərdal Axınçı (Türkiyə), Mixail Medved (Ukrayna), Vladimir Oleynik (Rusiya) və Dobromir Dobrev (Bolqarıstan) yerinə yetirəcəklər.
I dövrə 7-9-da Gürcüstanda, II dövrə 14-16-da Monteneqroda olunacaq. Komandamız ilk matçını mayın 7-də qaradağlılara qarşı keçirəcək.