- Baxış sayı: 34
- 28 Mart 2024 17:00
- Baxış sayı: 159
- Mart 28, 2024
- 0
Tokio-2020-yə lisenziya xarakterli təsnifat yarışına hazırlaşan qadın voleybol millimiz ölkə xaricində təlim-məşqi davam edir. Allsport.az saytı xəbər verir ki, komandamız Bolqarıstanda (11-15 iyul), sonra Rusiyada (15-19 iyul) toplanış keçib.
Hazırlıq çərçivəsində şimallılara qarşı hər 2 yoxlama matçından ev sahibələri (3:0) qalib ayrılıb. Bolqarıstanda keçirilən 2 yoldaşlıq görüşündə 3:1 hesabları qeydə alınıb. İlk oyunda meydan sahibələri, 2-cidə bizimkilər qalib gəlib.
Dünən yığmamız İzmir şəhərinə yollanıb. Millimiz qardaş ölkənin voleybolçuları ilə bir sınaq matçı keçirəcək. Komandamız Braziliyaya iyulun 24-də Türkiyədən səfər edəcək.