- Baxış sayı: 51
- 10 Avqust 2026 20:33
- Baxış sayı: 144
- Avqust 11, 2026
- 0

İtaliyanın Faenza şəhərində yeniyetmələrin Avropa birinciliyində yunan-Roma güləşçilərimiz 135 xalla komanda hesabında 2-ci olub. Taleh İsrafilov və Nazim Əhmədovun rəhbərlik etdikləri millimiz yalnız Rusiyadan (178) geri qalıb. 3-cü sıranı 117 xalla Gürcüstan tutub.
Xatırladaq ki, bizdən Fərid Sadıqlı (45 kq), Məlik Əliyev (48 kq) və Nihat Məmmədli (55 kq) İtaliyada himnimizi səsləndirib. Laçın Vəliyev (92 kq) gümüş, Xasay Həsənli (65 kq) və Allahverdi Əliyev (71 kq) bürünc medala sahib olub.