Millimiz Macarıstanda

Qadın güləşi üzrə millimiz növbəti təlim-məşq toplanışına start verib.

Allsport.az xəbər verir ki, yığmamız yanvarın 14-dən Macarıstanın Tata şəhərində intensiv hazırlıq prosesinə başlayıb. Təlim-məşq toplanışında Azərbaycanla yanaşı, Macarıstan, İtaliya, Yunanıstan, Litva, Norveç, İsveç, Almaniya, Polşa, Rumıniya, Çex Respublikası, Qazaxıstan, Qırğızıstan, ABŞ, Kanada, Çin, Xorvatiya, Moldova, Çili, Meksika və Ekvadoru təmsil edən milli komandalar iştirak edir.

Yanvarın 27-dək davam edəcək hazırlıq prosesinə böyük məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Mariya Stadnik (50 kq), Əsmər Cankurtaran (53 kq), Gültəkin Şirinova (55 kq), Alyona Kolesnik Ruzanna Məmmədova (hər ikisi 59 kq), Birgül Soltanova və Günay Qurbanova (hər ikisi 62 kq) cəlb olunub. Elnurə Məmmədova (53 kq) zədələndiyi üçün hazırlıq prosesindən kənarda qalıb. Jalə Əliyeva (57 kq) və Elis Manolova (68 kq) isə baş məşqçi Semyon Şterevin nəzarətində Bolqarıstanın Belmeken şəhərində toplanış keçir.  

Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdan gələn Avropa çempionatına və Avropa olimpiya təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.

Həmin kateqoriyadan