Millimiz Niderlandda məşqə çıxdı

Qadın voleybolçulardan ibarət millimiz Avropa olimpiya təsnifat turnirində iştirak üçün yollandığı Niderlandda ilk məşqinə çıxıb.

Allsport.az xəbər verir ki, hazırlıq oyunların keçiriləcəyi Apeldorn şəhərinin “Omnisport” Sarayında baş tutub.

Komandamız baş məşqçi Vasif Talıbovun rəhbərliyi altında yüngül məşqlə kifayətlənib. Bu, voleybolçularımızın zala adaptasiya olması, start heyətin formalaşmasına baxımından əhəmiyyət kəsb edib.

Tokio-2020 yay olimpiya oyunlarına lisenziya xarakterli turnir bu gün start götürəcək. Olimpiadaya vəsiqənin sahibinin adına isə yanvarın 12-də aydınlıq gələcək. Komandamız yarışda Niderland, Bolqarıstan və Polşa ilə birgə “A” qrupunda yer alıb.

Həmin kateqoriyadan